Bu ilin 9 ayı ərzində 106 nəfər qidadan zəhərlənib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2021-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin "1003 - Çağrı Mərkəzi"nə müxtəlif məzmunlu 31,639 müraciət daxil olub.
"Daxil olan müraciətlərdən 301-i qida zəhərlənməsi barəsində olub. Aparılan araşdırmalar nəticəsində 106 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb", - məlumatda bildirilir.