Ermənistanda “Azadlıq hərəkatının” tərəfdarları Xarici İşlər Nazirliyinin binası qarşısında aksiyalar keçirir.
Axar.az xəbər verir ki, hərəkatın nümayəndəsi Ara Zöhrabyan XİN başçısı və ya onun müavini ilə görüşmək istədiklərini deyib.
“İstəyirik ki, suallarımıza rəsmi cavab verilsin. Nazir və ya müavininin bizimlə görüşməsini tələb edirik”, - Zöhrabyan bildirib.
Onun sözlərinə görə, bugünkü aksiyanın məqsədi Baş nazir Nikol Paşinyanın parlament tribunasından səsləndirdiyi sonuncu bəyanatdır.
Lakin etirazçılarla görüşə heç kim çıxmayıb və bundan sonra polis onlara qarşı güc tətbiq etməyə başlayıb.
Aksiyası zamanı 13 nəfər polis tərəfindən saxlanılıb.