Bayden Tehranın nüvə proqramı ilə bağlı aparılan diplomatik danışıqlar uğursuz olarsa, atılacaq addımları hazırlamağı tapşırıb. Bu halda biz başqa variantlara müraciət edəcəyik.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki danışıb.
Psaki İranın iqtisadi sanksiyalardan qurtulmasının yeganə yolunun nüvə razılaşmasının şərtlərinə əməl etmək olduğunu bildirib:
“Əgər İranın nüvə proqramı sürətlənməyə davam edərsə, bizim İranın istehsal sektorlarından gəlirlərini məhdudlaşdırmaq üçün əlavə tədbirlər görməkdən başqa çarəmiz qalmayacaq”.