Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Fars körfəzi ölkələrinə turu çərçivəsində Omana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Şahzadənin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də səfəri gözlənilir.
Bildirilib ki, səfər turu geosiyasi fikir ayrılıqlarının aradan qaldırılması, əməkdaşlığın gücləndirilməsi, xüsusən də İranın nüvə proqramı və regional ambisiyalarını effektiv şəkildə həll etmək məqsədi daşıyır.
Qeyd edək ki, Salmanın səfərinin regionda digər mühüm səfərlərlə - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətərə, BƏƏ Təhlükəsizlik xidmətinin yüksək rütbəli məmurunun İrana səfəri ilə üst-üstə düşməsinə görə diqqət çəkib.