Qərb xoşməramlılıq nümayiş etdirsə, yaxşı anlaşma əldə oluna bilər. Biz rasional, ölçülüb-biçilmiş və nəticəyönümlü dialoq axtarırıq.
Axar.az xəbər verir ki, bu barədə İran xarici i̇şlər naziri Hüseyn Əmir Abdullahian Tvitter hesabında yazıb.
O, Qərb dövlətlərinin “xoşməramlılıq” göstərəcəyi təqdirdə Vyanada davam edən nüvə danışıqlarında razılığın əldə oluna biləcəyini bəyan edib.