Böyük Britaniyaya balıqçılıq lisenziyaları ilə bağlı 10 dekabra qədər vaxt verilib.

Axar.az xəbər verir ki, bu barədə Fransanın Avropa Birliyi işləri üzrə naziri Klement Bon deyib.

O bildirib ki, sözügedən vaxta konkret addımlar atılmayacağı təqdirdə Londonla dialoq dayandırılacaq:

“Top ingilislərin meydanındadır”.

Qeyd edək ki, La-Manş boğazında balıq ovlanılması ilə bağlı Britaniya və Fransa arasında anlaşılmazlıq hökm sürməkdədir. Belə ki, rəsmi London Fransa balıqçılarına lisenziya verməkdən yayınır.

Avstraliyanın Nümayəndələr Palatası (Aşağı Palata) qondarma erməni soyqırımı haqda qanun layihəsini dəstəkləyib.

Axar.az xəbər verir ki, Aşağı Palata hökuməti qondarma soyqırımı tanımağa çağırıb.

Layihəni parlamentə deputat Trent Çimmerman təklif edib.

Qeyd edək ki, sənəd tövsiyə xarakteri daşıyır.

10:48

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Qoridəki hərbi hospitaldan Tiflis şəhər məhkəməsinə gətirilib.

Axar.az xəbər verir ki, bu barədə “Pirveli” telekanalı məlumat yayıb.

“Bu dəqiqələrdə Saakaşvilini şəhər məhkəməsinə gətirdilər. Dəqiq deyə bilərik ki, Saakaşvili xalq qarşısında çıxış edəcək”, - telekanaldan bildirilib.

Saakaşvilinin məhkəməsi saat 11:00-da başlayacaq.

***

Tiflis şəhər məhkəməsində keçmiş prezident Mixail Saakaşvilinin məhkəmə iclası başlayıb.

Saakaşvilinin vəkillərindən olan Beka Basiliya jurnalistlərə məhkəmə zalından çəkiliş etmələrinə icazə verilməsi üçün ərizə ilə müraciət edib.

Saakaşvilinin digər vəkili Şota Tutberidze də hakimin xəbərdarlığından sonra məhkəmə zalından canlı yayımı dayandırmalı olub.

Avropada qazın qiyməti min kubmetr üçün 1100 dolları ötüb.

Axar.az bu barədə İCE birjasının məlumatlarına istinadən xəbər verir.

Niderlandın TTF qovşağında dekabr fyuçerslərinin qiyməti min kubmetr üçün 1102 dollar səviyyəsində müəyyən edilib.

Ukraynanın "Minsk-2"-dən imtina etməsi ölkənin parçalanmasına və ərazilərinin bir hissəsinin Rusiyaya verilməsinə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu siyasi şərhçi Vladimir Skaçko deyib.

"Minsk-2" qeyri-müəyyən müddətə təxirə salınsa, Ukraynanın parçalanması prosesi başlayacaq. Birincisi, Donetsk və Luqansk vilayətləri tam şəkildə Rusiyanın əlinə keçəcək, daha sonra isə Ukraynanın bir hissəsi kimi müstəqil qalmaq üçün ümidsiz olan bölgələr Krımın və Luqanskın yolunu təkrarlamağa başlayacaq".

Qeyd edək ki, sentyabrda Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə nazirin keçmiş müavini Georgi Tuka da analoji fikir bildirib. Keçmiş məmur Kiyevin Minsk razılaşmalarından çıxacağı təqdirdə 6 rayonun itiriləcəyini proqnozlaşdırıb.

İran Baş Qərargahının mətbuat katibi, briqada generalı Əbülfəzl Şikarçı bəyan edib ki, İsraili məhv etmək ölkənin silahlı qüvvələrinin ən böyük hədəfidir.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, İsrail və İran arasındakı gərginlikdən danışarkən bildirib.

“İsraili məhv etmək bizim ən böyük hədəfimizdir və biz bu məqsəddən geri çəkilməmişik”, - deyə Şikarçı qeyd edib.

O, həmçinin Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri kimi İsrailə dəstək verən ölkələri “sionist rejimin bir parçası” adlandırıb.