Böyük Britaniyaya balıqçılıq lisenziyaları ilə bağlı 10 dekabra qədər vaxt verilib.
Axar.az xəbər verir ki, bu barədə Fransanın Avropa Birliyi işləri üzrə naziri Klement Bon deyib.
O bildirib ki, sözügedən vaxta konkret addımlar atılmayacağı təqdirdə Londonla dialoq dayandırılacaq:
“Top ingilislərin meydanındadır”.
Qeyd edək ki, La-Manş boğazında balıq ovlanılması ilə bağlı Britaniya və Fransa arasında anlaşılmazlıq hökm sürməkdədir. Belə ki, rəsmi London Fransa balıqçılarına lisenziya verməkdən yayınır.