İran Baş Qərargahının mətbuat katibi, briqada generalı Əbülfəzl Şikarçı bəyan edib ki, İsraili məhv etmək ölkənin silahlı qüvvələrinin ən böyük hədəfidir.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, İsrail və İran arasındakı gərginlikdən danışarkən bildirib.
“İsraili məhv etmək bizim ən böyük hədəfimizdir və biz bu məqsəddən geri çəkilməmişik”, - deyə Şikarçı qeyd edib.
O, həmçinin Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri kimi İsrailə dəstək verən ölkələri “sionist rejimin bir parçası” adlandırıb.