Rəsmi İrəvan reallığı qəbul etməli və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməlidir.
Axar.az xəbər verir ki, bunu Report-a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilmiş görüşünün nəticələrini şərh edərkən bildirib.
“Ermənistan hökuməti 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyə cürət etmir və Azərbaycan ilə sərhəddən təxribatlar təşkil etməkdə davam edir. Ermənistan rəhbərliyi əvvəlki tək zəifdir, o, öz seçiciləri arasında populyarlığını əhəmiyyətli dərəcədə itirib. Ermənistan cəmiyyəti, təəssüf ki, özünütəcrid halında qalmaqdadır”, - politoloq deyib.
O hesab edir ki, beynəlxalq görüşlər son nəticədə Baş nazir Nikol Paşinyana sübut edəcək ki, Ermənistan üçün iqtisadi uğurun yolu noyabr bəyanatının müddəalarını yerinə yetirməkdən keçir.