Biz vədlər verməklə yanaşı, əməli şəkildə həyata keçirməyə gedirik. Bu bizim milli aviaşirkətimizdir və onun yaradılmasına bu gündən rəsmən başlanılacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, qurulacaq şirkətin adını "Ukrayna Milli Hava Yolları" adlandırmağı planlaşdırdıqlarını bildirib.
Bundan əlavə, forum çərçivəsində Ukraynanın İnfrastruktur Nazirliyi ilə "Airbus" şirkəti arasında milli aviaşirkətə dair anlaşma memorandumu imzalanıb.