Rusiya və Ermənistan liderləri bu həftə artıq iki dəfə müzakirə aparıb. Hər iki tərəf regionda atəşkəsi qoruyub saxlamağa tələsir.

Bu sözləri Axar.az-a Misir Mülki Aviasiya Nazirliyinin nümayəndəsi, ekspert Abdullah Abdalrazik Vladimir Putinlə Nikol Paşinyan arasında son bir həftədə baş tutan iki telefon danışığını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın son provokasiyaları Azərbaycanın hazırlığını və gələcək niyyətlərini yoxlamaq üçün törədilib:

“Azərbaycanınsa cavabı öz növbəsində olduqca aydın və misilsiz oldu: Gözə-göz!”

Ermənistanda məktəb müəllimi Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunub.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs İrəvan məktəbinin tarix müəllimi Akop Qriqoryandır:

“2021-ci il mayın 21-də 7-ci sinif şagirdləri üçün tarix dərsi keçərkən, xidməti vəzifəsindən istifadə edərək, şagirdlərin iştirakı ilə o (Qriqoryan), Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı ictimai çağırışlar səsləndirərək deyib ki, Nikol Paşinyanı öldürmək, ailəsini isə yandırmaq lazımdır”.

Tarix müəllimini qarşı cinayət işi açılıb.

ABŞ Prezidenti Co Bayden və yaxın ətrafı 79 yaşlı liderin 2024-cü ildə ikinci dəfə namizədliyini irəli sürmə planlarından danışırlar.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

“Ondan eşitdiyim yeganə söz odur ki, növbəti dəfə prezident olmağı planlaşdırır. Mən buna çox şadam”, - Baydenin dostu və keçmiş senator Kriss Dodd deyib.

Rəsmi Ankara Ukrayna və Türkiyə arasında hərbi-texniki əməkdaşlıqla bağlı narahatlığımızı mümkün qədər ciddi qəbul etməlidir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türk həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı deyib.

“Bu əməkdaşlıq Ukrayna ordusunun inkişafına töhfə verib”, - Lavrov qeyd edib.

Rusiya XİN başçısı eyni zamanda vurğulayıb ki, Ukrayna rəhbərliyi Qərb tərəfdaşlarının təşviqi ilə ölkənin cənub-şərqində gərginliyi artırıb:

“Bu vəziyyət təhlükəli şəkildə sabitliyi poza bilər”.