Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi “Pəncə-Şimşək” və “Pəncə-İldırım” antiterror əməliyyatları çərçivəsində son 7 ayda 831 terrorçunu zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Əməliyyatlar zamanı terrorçulara aid 1407 mağara dağıdılıb, 1812 partlayıcı maddə isə məhv edilib”, - məlumatda bildirilib.