Rusiya və Ermənistan liderləri bu həftə artıq iki dəfə müzakirə aparıb. Hər iki tərəf regionda atəşkəsi qoruyub saxlamağa tələsir.
Bu sözləri Axar.az-a Misir Mülki Aviasiya Nazirliyinin nümayəndəsi, ekspert Abdullah Abdalrazik Vladimir Putinlə Nikol Paşinyan arasında son bir həftədə baş tutan iki telefon danışığını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistanın son provokasiyaları Azərbaycanın hazırlığını və gələcək niyyətlərini yoxlamaq üçün törədilib:
“Azərbaycanınsa cavabı öz növbəsində olduqca aydın və misilsiz oldu: Gözə-göz!”