Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də sərhəddəki son olaylarla bağlı parlamentdə çıxış edərək deputatların suallarına cavab verib

. Paşinyanın çıxışından və sualla verdiyi cavablardan onun hansı qərarlar verəcəyi qənaətinə gəlmək olar.

Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq N.Paşinyanın çıxışını bu cür qiymətləndirib:

“Birincisi, Paşinyan etiraf edib ki, uzun illər Ermənistanla Azərbaycan arasında sərhəd olmayıb, çünki Ermənistan Azərbaycan ərazilərinə nəzarət (oxu: işğal) edib. Ona görə də hazırki toqquşmalar qeydə alınır. Yəni Paşinyan mövcud toqquşmaları labüd hesab edir.

İkincisi, Paşinyan etiraf edib ki, beynəlxalq aləmdən və beynəlxalq təşkilatlardan dəstək ala bilmirlər və bu proses o hakimiyyətə gəlmədən öncə formalaşmağa başlayıb. “Böyük dövlətlər Ermənistanın şikayətlərindən beziblər” deyən Paşinyan bu məsələdə haqlıdır, hətta İrəvana müxtəlif zamanlarda dəstək verən dövlət və mərkəzlər ermənilərin daimi ağlaşmalarından bezib. Paşinyan “böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistana və Azərbaycana məsləhət görürlər ki, problemlərinizi öz aranızda həll edin” fikrində də haqlıdır. Bununla əslində Paşinyan Qarabağ klanının simasında radikal müxalifətə işarə edib ki, Rusiyaya olan ümidlər özünü doğrultmur, Ermənistan Azərbaycanla qarşıdurmada təklənib. Elə bunun nəticəsidir ki, Ermənistan hakimiyyəti sərhəd məsələsində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəstək məqsədilə yazılı müraciət etməyi lazım bilmir. Görünür, anlayırlar ki, müraciət nəticəsiz qalacaq.

Üçüncüsü, Nikol Paşinyan parlamentdəki çıxışında bildirib ki, Azərbaycanla bütün məsələləri həll etməyə, o cümlədən Bakı ilə sülh sazişini imzalamağa və sərhədi müəyyənləşdirməyə hazırdır. Paşinyan çıxışının bu hissəsində ikibaşlı danışıb. Azərbaycan üçün Ermənistanla imzalanan sülh sazişi o deməkdir ki, rəsmi İrəvan nəhayət ki, Azərbaycanın ərazi bütövlüyünü - Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq. Paşinyan buna hazır deyil. Onun nəzərdə tutduğu sülh sazişi Qarabağ məsələsini “mötərizəyə alır”, yəni bu məsələ ilə Minsk Qrupu məşğul olmalıdır. Belə sülh sazişi isə bizə lazım deyil. Sərhəd məsələsinə gəldikdə, Paşinyan burda da həqiqəti söyləmir. Əgər Paşinyan sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlara hazır olsaydı, Kremlin təklifi ilə bu ayın əvvəlində üçlü görüşə qatılardı. Paşinyan imkan daxilində bu məsələni uzatmağa çalışır. Ancaq Ermənistan ordusunun sərhəddə verdiyi son itkilər və hərbçilərinin Azərbaycana yenidən əsir düşməsi Paşinyanı hansısa qərar verməyə tələsdirməlidir”, - politoloq vurğulayıb.

E.Şahinoğlunun fikrincə, Paşinyan iki seçim qarşısında qalıb:

“Birinci seçim Azərbaycanla kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşməsi və sülh sazişiylə bağlı danışıqlara başlamaqdır. Ancaq bu seçim Ermənistan daxilində ona qarşı müqaviməti artıracaq, müxalifəti daha çox radikallaşdıracaq.

İkinci seçim Azərbaycanla həll olunmalı məsələləri uzatmaq yolu ilə qeyri-müəyyənliyi davam etdirməkdir. Ancaq bu seçim də Paşinyana yaxşı heç nə vəd etmir. Azərbaycanla razılaşmaların olmaması Ermənistanın itkilərini artıracaq ki, buna görə də Paşinyan cəmiyyəti qarşısında cavab verməli olacaq”.

25 Noyabr 2024 Bu hədəfə doğru irəliləyirik - Ərdoğan
25 Noyabr 2024 Qadın meşədə qara truffle aşkar edib
25 Noyabr 2024 Kiyevə verilən bu minalar çox təhlükəlidir - Quterreş
25 Noyabr 2024 Netanyahu Hizbullahla atəşkəsi təsdiqlədi
25 Noyabr 2024 Miqrantlar Nyu Yorkdan qaçır: Tramp elan etmişdi
25 Noyabr 2024 Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
25 Noyabr 2024 Hindistandan Ukrayna açıqlaması: Bunu dəstəkləyirik!
25 Noyabr 2024 Putin onu xüsusi nümayəndə təyin etdi
25 Noyabr 2024 Gürcü arzusunun qulları – Zurabişvili təhqir etdi
25 Noyabr 2024 Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır - Ryabkov
25 Noyabr 2024 Çiy süddə quş qripi aşkarlandı
25 Noyabr 2024 Hindistan Ermənistana reaktiv atəş sistemləri göndərdi
25 Noyabr 2024 Tramp transgenderləri ABŞ ordusundan qovacaq
25 Noyabr 2024 Türkiyə və Rusiya arasında problem...
25 Noyabr 2024 Türkiyədə mədəndə torpaq sürüşməsi: ölənlər var
25 Noyabr 2024 İsrail ordusu HƏMAS-ın batalyon komandirini məhv etdi
25 Noyabr 2024 Türkiyədə məsciddə qətl: İmam bıçaqlanaraq öldürüldü
25 Noyabr 2024 Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçildi
25 Noyabr 2024 Netanyahu həbs yox, edam edilməlidir - Xamenei
25 Noyabr 2024 Türkiyədə təyyarə yanğını: Rus diplomatlar gəldi
25 Noyabr 2024 Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
25 Noyabr 2024 Almaniya hazır olsun, Putin müharibəyə başlayır - Şleqel
22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya