Belçika höküməti koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində qapalı məkanlarda 10 yaşından yuxarı uşaqlar üçün tibbi maskanı məcburi edib.
Axar.az xəbər verir ki, Belçikanın pandemiya ilə mübarizə üzrə koordinasiya komitəsinin iclasında bununla bağlı qərar qəbul edilib.
Bundan əlavə, bildirilib ki, hətta yaxın zamanda Belçikada peyvənd olunmuş insanların belə qapalı obyektlərdə maska taxması məcburi olacaq.