Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti təhlükəsizlik baxımından eks-prezident Mixail Saakaşvilini növbəti məhkəmə iclasına çatdırmaqdan yenə imtina edib.

Axar.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.

Qeyd olunur ki, məhkəmə prosesi onun sağlamlığı üçün əlavə risklər yaradır.

Ədliyyə Nazirliyi Saakaşvilinin mühakiməsini məsafədən və ya türmə xəstəxanasında aparılmasını təklif edir. Müvafiq qərar qəbul olunarsa, Xüsusi Penitensiar Xidmət Mixail Saakaşvilinin məhkəməsində distant iştirakını, yaxud da məhkumlar üçün 18 saylı tibb müəssisəsində keçirilməsini təmin edəcək.

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Livana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çavuşoğlunun səfər zamanı Livan Prezidenti Mişel Aun, parlament sədri Nəbih Berri və Baş nazir Nəcib Mikati tərəfindən qəbul edilməsi, həmçinin Livanın xarici işlər naziri Şərbil Vahbe ilə görüşü gözlənilir.

PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan koronavirusdan ölüb.

Axar.az xəbər verir ki, bu barədə RUDAU xəbər agentliyi məlumat yayıb.

Bildirillib ki, Osman Öcalan Ərbildəki xəstəxananın reanimasiya şöbəsində müalicə olunurdu.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ötən həftə Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsini şərh edib.

Axar.az xəbər verir ki, Aİ rəsmisi bu barədə Tvitterdə yazıb.

"(Gərginliyi-red) Azaltmaq, səbəbləri aradan qaldırmaq və hərtərəfli nizamasalma nailiyyət üzrə işə başlamaq lazımdır", - Klaar bildirib.

Polşa-Belarus sərhədindəki miqrant problemini divarların köməyi ilə həll etmək olmaz.

Axar.az xəbər verir ki, bunu Avropa İttifaqının baş diplomatı Jozep Borrell deyib.

“İndi Avropada Berlin divarı dövründən daha çox divar var. Miqrant problemini divarın köməyi ilə həll etmək olmaz”, - Borrell bildirib.

Qeyd edək ki, Polşa, Litva və Latviya son hadisələr fonunda Avropa İttifaqından Belarus sərhədində divar inşa edilməsini tələb edirlər.

Serbiya Türkiyəni dost ölkə hesab edir, amma bəzi məsələlərdə o cümlədən Kosovo ilə bağlı fikir ayrılıqları var.

Axar.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Biz Rusiya kimi Türkiyəni də dost ölkə olaraq qəbul edirik. Ancaq Balkanlarda bəzi şeylərə fərqli baxırıq. Kosovoya qarşı fərqli münasibətlərimiz var. Prezident Ərdoğan Kosovonun tanınması üçün daha çox dəstək tələb etməyə davam edəcəyini söylədi və sonra mən də Serbiyanın bunun baş verməməsi üçün əlindən gələni edəcəyini açıq şəkildə bildirdim”, - Vuçiç bildirib.

Serbiya prezidentinin sözlərinə görə, Türkiyə Balkanlarda böyük təsirə malikdir.