Hesab edirəm ki, Türkiyə PUA-ları və onların casusluq fəaliyyətləri ilə mübarizə məsələsinə üstünlük verilməlidir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Yunanıstanın ehtiyatda olan general-leytenantı Lambros Tzoumis deyib.
"Bizi narahat edən türk PUA-ları məsələsi həll edilməlidir. Ölkəmiz üçün ən böyük problem, istifadə etdiyi silah sistemlərinin 70-75 faizinin yerli istehsal olduğu Türkiyə ilə yanaşı, Yunanıstanın müdafiə sənayesinin çox parlaq vəziyyətdə olmamasıdır", - deyə o bildirib.