Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin oğlu Seyfülislam ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək üçün ərizə verib.
Axar.az xəbər verir ki, bu barədə “Libya əl Əhrar” telekanalı məlumat yayıb.
Məlumata görə, Seyfülislam prezident seçkilərində namizəd kimi iştirak etmək üçün ölkənin cənubunda yerləşən Sebha şəhərində regional seçki komissiyasına ərizə təqdim edib.