Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti təhlükəsizlik baxımından eks-prezident Mixail Saakaşvilini növbəti məhkəmə iclasına çatdırmaqdan yenə imtina edib.
Axar.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.
Qeyd olunur ki, məhkəmə prosesi onun sağlamlığı üçün əlavə risklər yaradır.
Ədliyyə Nazirliyi Saakaşvilinin mühakiməsini məsafədən və ya türmə xəstəxanasında aparılmasını təklif edir. Müvafiq qərar qəbul olunarsa, Xüsusi Penitensiar Xidmət Mixail Saakaşvilinin məhkəməsində distant iştirakını, yaxud da məhkumlar üçün 18 saylı tibb müəssisəsində keçirilməsini təmin edəcək.