Serbiya Türkiyəni dost ölkə hesab edir, amma bəzi məsələlərdə o cümlədən Kosovo ilə bağlı fikir ayrılıqları var.
Axar.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Biz Rusiya kimi Türkiyəni də dost ölkə olaraq qəbul edirik. Ancaq Balkanlarda bəzi şeylərə fərqli baxırıq. Kosovoya qarşı fərqli münasibətlərimiz var. Prezident Ərdoğan Kosovonun tanınması üçün daha çox dəstək tələb etməyə davam edəcəyini söylədi və sonra mən də Serbiyanın bunun baş verməməsi üçün əlindən gələni edəcəyini açıq şəkildə bildirdim”, - Vuçiç bildirib.
Serbiya prezidentinin sözlərinə görə, Türkiyə Balkanlarda böyük təsirə malikdir.