Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları paytaxt Tiflisdə parlament binasının qarşısına toplaşıblar.

Axar.az xəbər verir ki, hazırda Rustaveli prospektinə patrul polis briqadaları səfərbər edilib.

Etirazçılar Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb edirlər.

Belarus-Polşa sərhədindəki böhranın Rusiya ilə heç bir əlaqəsi yoxdur.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, oradakı insanları Rusiyaya məxsus aviaşirkətlər daşımır:

“Avropadakı miqrant böhranının hərbi və iqtisadi cəhətdən 2 səbəbi var. Bura Orta Şərqdəki hərbi əməliyyatlar və Avropa Birliyində yaşayış səviyyəsinin yüksək olması daxildir”.

Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, bu cür iddialar gərginliyi artırmaq cəhdindən başqa bir şey deyil:

“Belə məlumatdansa, ABŞ hərbi gəmilərinin Qara dənizdəki varlığına diqqət çəkmək lazımdır. ABŞ və onun rəhbərlik etdiyi NATO günü-gündən Rusiya sərhədlərinə yaxınlaşır və ciddi qüvvələr toplayır”.

Qeyd edək ki, “Blumberq” Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə bağlı məlumat paylaşıb.

Belarus-Polşa sərhədində baş verən miqrant böhranı böyük narahatlıq doğurur.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Bununla bağlı narahatlığımızı Rusiya və Belarusa da çatdırmışıq. Baş verənlərin böyük problem kimi qəbul edirik”, - ABŞ lideri bildirib.

Ümumerməni Sasna Çrer Partiyasının radikal qanadının nümayəndəsi Vahagn Avagyan bildirib ki, bu gün Şuşa yaxınlığında azərbaycanlı hərbçilərə və Rusiya sülhməramlılarına qumbara ataraq rusiyalılar tərəfindən saxlanılan terrorçu Rusiya tərəfindən Azərbaycana təhvil verildiyi təqdirdə Rusiyaya qarşı hücumlar təşkil edəcəklər.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Teleqramdakı erməni kanalları yazıb.

V.Avagyana görə, “Rusiya terrorçu Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”.

Ümumiyyətlə, Ermənistanda terrorçuların nəinki sərbəst dolaşdığını, hətta az qala "milli qəhrəman" adına layiq görüldüyünü nəzərə alaraq Rusiya hökuməti “strateji müttəfiq”ləri tərəfindən gələn bu kimi siqnallara ciddi yanaşmalıdır.

Xatırladaq ki, bu partiyanın üzvləri 2016-cı ildə İrəvanda girov götürərək xeyli səs-küy salmışdılar. Həmin terrorçular məhkəmə tərəfindən girov götürmək, girovları öldürmək, qanunsuz silah gəzdirmək və oğurlamaq maddələri ilə təqsirli biliniblər.

Suriya Prezidenti Bəşər Əsədin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı komandanı Cavad Qaffarini ölkədən çıxardığı iddia edilib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb.

Məlumata görə, iranlı general Suriyanın maraqlarına zidd hərəkətlər edib və bu, ölkənin suveren hüquqlarına zərər verib.

Bundan əlavə, İran komandiri Qaffarinin Suriya vasitəsilə İsraili təhdid etməsi və buna cavab olaraq İsrailin İran hədəflərini vurmaq üçün Suriyaya daxil olması Əsədi narahat edib. Bir sözlə, Bəşər Əsəd Suriyanın İsraillə İran arasında döyüş poliqonu olmasını istəməyib. Buna görə də iranlı generalı ölkəsindən qovub.