Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları paytaxt Tiflisdə parlament binasının qarşısına toplaşıblar.
Axar.az xəbər verir ki, hazırda Rustaveli prospektinə patrul polis briqadaları səfərbər edilib.
Etirazçılar Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb edirlər.