Belarus-Polşa sərhədindəki böhranın Rusiya ilə heç bir əlaqəsi yoxdur.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, oradakı insanları Rusiyaya məxsus aviaşirkətlər daşımır:
“Avropadakı miqrant böhranının hərbi və iqtisadi cəhətdən 2 səbəbi var. Bura Orta Şərqdəki hərbi əməliyyatlar və Avropa Birliyində yaşayış səviyyəsinin yüksək olması daxildir”.