Suriya Prezidenti Bəşər Əsədin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı komandanı Cavad Qaffarini ölkədən çıxardığı iddia edilib.
Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb.
Məlumata görə, iranlı general Suriyanın maraqlarına zidd hərəkətlər edib və bu, ölkənin suveren hüquqlarına zərər verib.
Bundan əlavə, İran komandiri Qaffarinin Suriya vasitəsilə İsraili təhdid etməsi və buna cavab olaraq İsrailin İran hədəflərini vurmaq üçün Suriyaya daxil olması Əsədi narahat edib. Bir sözlə, Bəşər Əsəd Suriyanın İsraillə İran arasında döyüş poliqonu olmasını istəməyib. Buna görə də iranlı generalı ölkəsindən qovub.