Misirin Asvan əyalətində baş verən qum fırtınası nəticəsində bölgə əhalisi əqrəblərin hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, Misirin səhiyyə nazirinin müavini İhab Hənəfi Qum fırtınasının ərazidəki bəzi evləri yararsız hala saldığını, elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.
Dağlıq ərazilərdə yaşayan əqrəblərin sel və qum fırtınasının təsiri ilə yaşayış məntəqələrinə sürükləndiyi təxmin edilir.
Əqrəb sancması nəticəsində 3 nəfər ölüb, 450 nəfər isə yaralanıb.