Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 810 yoluxma halı qeydə alınıb.
İraqın Baş naziri Mustafa Kazımiyə edilən sui-qəsd cəhdi ölkəni ələ almaq, parçalamaq üçün güc və maraqlar uğrunda mübarizəni özündə ehtiva edir.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
O bildirib ki, Bağdad təkcə İraqın deyil, həm də intriqa və fitnələrin paytaxtıdır:
"İraqdakı seçkilərdən sonra gərginlik və sui-qəsd cəhdləri hər keçən gün daha da artaraq bu həddə çatıb. İran tərəfindən dəstəklənən Haşdi-Şabi siyasi qanadı böyük bir güc itkisinə məruz qaldığı halda, son dərəcə gərgindir, daha böyük pay almaq istəyir, qarışıqlıq, qeyri-sabitlik və hədə-qorxu yaradır. Sui-qəsddən az əvvəl Kazımini hədələdikləri üçün oxlar Əshab-ül Ehlül Hək və onların lideri Kays Hazali, Fəth lideri Hadi əl-Əmiri və Əbu Əla əl-Velayiyə işarə edir. Lakin onların təhdidləri bir fürsətdir, bunu görən başqaları da sui-qəsdi qeyd etdiyim şəxslərdən şübhəli bilinəcəyini güman edərək törədə bilər".
A.Ağar qeyd edib ki, İŞİD-in artan təsiri yeni müdaxilələr və təsirlər üçün əsas yaradır: "Digər tərəfdən, Kərküklə bağlı maraqlı razılaşmalar əldə edilir. Beləliklə, yeni "bir daşa beş quş" hekayəsi ortaya çıxır. İraq vətəndaş müharibələrinin, dini, məzhəb, siyasi, etnik əməliyyatların həyata keçirildiyi ölkədir. Digər tərəfdən, sui-qəsd mövsümü Bağdadda deyil, Süleymaniyyədə başladı".
Kiyev Rusiyadan ucuz təbii qaz almaq fürsətini əldən verib.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko Ali Radada deputatlar qarşısında çıxışı zamanı deyib.
“Biz yeraltı anbarlara 38 milyard kubmetr qaz vura bilərdik və hazırda ölkəmizdə böhran olmazdı”, - Timoşenko vurğulayıb.
Timoşenko fəlakət kimi qiymətləndirdiyi bu vəziyyətin əvəzini hər bir ukraynalının və hər bir biznesmenin ödəməli olacağını vurğulayıb.
Ukrayna koronavirusa yoluxma hallarının sayında pik həddə çatıb.
Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 328 yoluxma halı qeydə alınıb.