İsrail ordusu HƏMAS-ın “Şərqi Cəbəliyə” batalyonunun komandiri Əhməd Əbdülhəlim Əbu Hüseyni məhv edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, Əbu Hüseyn terror qruplaşmasının İsrail vətəndaşları və hərbçilərinə qarşı çoxsaylı raket və minaatan atışlarına cavabdeh olub.
Onunla yanaşı, HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki hücumunda iştirak edən Məhəmməd Əbdülrəhman Mahmud Zakata və bir neçə döyüşçü də öldürülüb.