Türkiyənin Adana şəhərinin Yüreğir rayonunda yerləşən Fet Əhməd məscidində qətl hadisəsi baş verib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, məscid imamı Tarık Karadağ naməlum səbəbdən 16 yaşlı gənc tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis və tibb briqadası cəlb edilib. Ağır yaralanan imam xəstəxanaya çatdırılıb, lakın bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qaçmağa çalışan gənc isə saxlanılıb.