Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 328 yoluxma halı qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 947 250 nəfərə, ölənlərin sayı isə 12 225 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 2 447 nəfər, hazırkı dövrədək isə 899 028 nəfər sağalıb.