İncirlik aviabazasına S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə bağlı xəbərlər yalandır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 zenit-raket komplekslərinin alınması üçün müqavilə imzalayıb. Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay-payız aylarında həyata keçirilib. Bir sıra yerli internet resursları S-400 hava hücumundan müdafiə sisteminin akkumulyatorlarının İncirlik aviabazasına ötürülməsi barədə informasiya yayıb. Bu, tamamilə həqiqətə uyğun deyil.

Birgə işçi qrupunun təklifi ABŞ-dan gəlib, müvafiq nazirliklərlə qurumun yaradılması və müzakirə olunacaq məsələlər üzərində işləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Suriyalıların geri qaytarılması ilə bağlı dörd qonşu ölkə ilə başlayan təşəbbüs Livanda hökumətin gec qurulması səbəbindən ləngiyib. İndi yenidən başladı.

ABŞ-ın PKK/YPG, FETÖ və S-400 məsələlərində mövqeyi müttəfiqlik ruhu ilə uyğun gəlmir. Ərdoğan bunu Baydenə açıq şəkildə ifadə edib”, - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, bundan öncə Ağ Ev S-400-lərin ABŞ və Türkiyə arasında problem yaratdığını Co Baydenin Romada Rəcəb Tayyib Ərdoğana “açıq şəkildə” dediyi barədə açıqlama yaymışdı.

Azərbaycan öz torpaqlarını geri qaytardı və bununla da, 30 illik ədalətsizliyə son qoyuldu.

Axar.az Report-a istindən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı və Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın səsləndirdiyi müraciətdə deyilir.

Türkiyə Prezidenti öz müraciətində Ermənistanın, təxminən, 30 il ərzində Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxladığını, nəticədə minlərlə insanın ev-eşiyindən məhrum olduğunu, xeyli insanın itkin düşdüyünü xatırladıb.

“Azərbaycan uzun müddət gözlədi. Axır ki, ədalətsizliyə son qoyuldu və Azərbaycan öz torpaqlarını geri qaytardı”, - R.T.Ərdoğan bildirib.

O, Türkiyənin uzun illər heç bir münasibət saxlamadığı Ermənistan ilə münasibətləri inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini vurğulayaraq, gələcəyə baxmağın vacibliyini deyib:

“Əsas vəzifələrimizdən biri regiondakı bütün ölkələr arasında dost münasibətlərinin qurulmasıdır. Biz, Qafqazda sülhün bərqərar olmasına xüsusi töhfə veririk”.