Rusiya İkinci Qarabağ müharibəsinin ilk dövründə Azərbaycan və Ermənistanla yaxşı münasibətlərdən istifadə edərək savaşı dayandırmağa çalışıb.

44 günlük müharibədə Nikol Paşinyan Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğunu gördükdən sonra üçtərəfli bəyanatı imzalamağa razılaşdı. Bu gün Rusiya uğurlu sülhyaratma əməliyyatı həyata keçirir.

Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko ADA Universitetində "44 günlük Zəfər Yolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın təxribatları müharibənin başlamasına səbəb olub:

“Ermənistanın o vaxtkı müdafiə naziri “Yeni ərazilər uğrunda yeni müharibə!” doktrinası irəli sürmüşdü, Azərbaycanın neft-qaz strukturunun hədəf alınacağını bəyan etmişdi. Ermənistan Azərbaycanı daim təşvişdə saxlamağa çalışırdı. Sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyata başladı”.

Ermənistanın 30 il ərzində işğal altındakı ərazilərdə törətdiyi dağıntılardan danışan hərbi ekspert bu ölkənin siyasi rəhbərliyinin Azərbaycanın böyük şəhərlərini ballistik raketlərdən atəşə tutduğunu da xatırladıb:

“Bu halda Nikol Paşinyanın Səddam Hüseyndən fərqi nədir? Əmri konkret kimin verdiyinin nə fərqi var, fakt odur ki, Ermənistan Ordusu Azərbaycan şəhərlərini atəşə tutub”.

İ.Korotçenko bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsini vacib sayır:

“Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan, bölgə ölkələri arasında nəqliyyat əlaqəsini təmin etməlidir. Azərbaycan, Rusiya və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası ilə bağlı İşçi qrupu yaradılıb. Ancaq praktiki nəticələr yoxdur. Bu ilin dekabrında Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının növbəti görüşünün keçirilib-keçirilməyəcəyini də bilmirik. Nikol Paşinyan ölkədə revanşist qüvvələrin ciddi təzyiqi ilə üzləşir. Yeri gəlmişkən, keçən ilin noyabrında üçtərəfli bəyanat imzalanandan sonra Ermənistan parlamentinin o vaxtkı spikeri kütlə dərəfindən linç edilmişdi. Ancaq indi xarici işlər naziri olan şəxs nədənsə qeyri-konstruktiv mövqedən çıxış edir”.

25 Noyabr 2024 Bu hədəfə doğru irəliləyirik - Ərdoğan
25 Noyabr 2024 Qadın meşədə qara truffle aşkar edib
25 Noyabr 2024 Kiyevə verilən bu minalar çox təhlükəlidir - Quterreş
25 Noyabr 2024 Netanyahu Hizbullahla atəşkəsi təsdiqlədi
25 Noyabr 2024 Miqrantlar Nyu Yorkdan qaçır: Tramp elan etmişdi
25 Noyabr 2024 Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
25 Noyabr 2024 Hindistandan Ukrayna açıqlaması: Bunu dəstəkləyirik!
25 Noyabr 2024 Putin onu xüsusi nümayəndə təyin etdi
25 Noyabr 2024 Gürcü arzusunun qulları – Zurabişvili təhqir etdi
25 Noyabr 2024 Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır - Ryabkov
25 Noyabr 2024 Çiy süddə quş qripi aşkarlandı
25 Noyabr 2024 Hindistan Ermənistana reaktiv atəş sistemləri göndərdi
25 Noyabr 2024 Tramp transgenderləri ABŞ ordusundan qovacaq
25 Noyabr 2024 Türkiyə və Rusiya arasında problem...
25 Noyabr 2024 Türkiyədə mədəndə torpaq sürüşməsi: ölənlər var
25 Noyabr 2024 İsrail ordusu HƏMAS-ın batalyon komandirini məhv etdi
25 Noyabr 2024 Türkiyədə məsciddə qətl: İmam bıçaqlanaraq öldürüldü
25 Noyabr 2024 Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçildi
25 Noyabr 2024 Netanyahu həbs yox, edam edilməlidir - Xamenei
25 Noyabr 2024 Türkiyədə təyyarə yanğını: Rus diplomatlar gəldi
25 Noyabr 2024 Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
25 Noyabr 2024 Almaniya hazır olsun, Putin müharibəyə başlayır - Şleqel
22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya