Özümüzü karbonla öldürməyi və təbiətə tualet kimi yanaşmağı dayandıraq. Biz öz məzarımızı qazırıq.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş Qlazqoda keçirilən iqtlim sammitindəki çıxışında deyib.

Dünyanın iqlim böhranı ilə üzləşdiyi barədə xəbərdarlıq edən Quterreş ən yaxşı ssenari ilə belə əsrin sonuna qədər temperaturun 2 dərəcə selsini keçəcəyini bildirib.

Biz Paris İqlim Sazişini həyata keçirə bilərik və bunu etməliyik. Bunu əsrin sonuna kimi deyil, G-20 ölkə liderlərinin dediyi kimi, XXI əsrin ortalarına qədər etməliyik.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

Bu mövzuda xüsusilə sənaye ölkələrinin məsuliyyət daşıdığını vurğulayan Merkel Almaniyanın iqlim mühafizəsi hədəflərini sərtləşdirdiyini və 2030-cu ilə qədər tullantıları 1990-cı il səviyyəsinə uyğun - 65 faiz azaltmaq, 2045-ci ilə qədər isə sıfra endirmək istədiklərini bildirib.