Gürcüstan Cənubi Qafqazda “Altılıq platforması” yaratmaq ideyasına neqativ münasibət bəsləyir, lakin bu layihə həyata keçirilərsə, region sülh platformasına çevrilə bilər.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan – altımız birgə addımlar ataq və regiona sülh gətirək. Bununla bağlı artıq cənab İlham Əliyev Ermənistana regionda sülhün bərqərar olması ilə bağlı təklif verib. Gürcüstan tərəfdən bəzi neqativ münasibətlər var, amma bütün tərəflər pozitivlik nümayiş etdirsə, bu platforma yaranacaq və region sülh platformasına çevriləcək”, - Ərdoğan bildirib.
Ərdoğan hazırda platformanın yaradılması ilə bağlı danışıqların davam etdiyini deyib.