Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitinin bitməsindən sonra Qlazqoya iqlim sammitinə getməyib.
Axar.az xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb. Məlumata görə, Ərdoğanın təyyarəsi Romadan İstanbula geri dönüb.
Ərdoğanın geri dönməsinə səbəb Şotlandiya ilə bəzi protokol məsələlərini razılaşdıra bilməməsi olub.