Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etməyin fəsadlarını mükəmməl başa düşürəm, lakin ukraynalılar öz mövqelərini ifadə etməkdən çəkinməməlidir.
Axar.az xəbər verir ki, bunu rusiyayönlü Müxalif Platforma Partiyasından olan deputat İlya Kiva deyib.
"Hakimiyyət doktrinası müharibə və nifrətdir. Və ölkədə iqtisadi vəziyyətin pisləşməsi fonunda, faktiki olaraq - böhran, çöküş və çıxılmaz vəziyyətdə hakimiyyət tamamilə dürüst olmayan addımlar atmalı olacaq", - İ.Kiva söyləyib.
Qeyd edək ki, İ.Kiva Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etdikdən sonra ona ölkədə kəskin etirazlar olub. Hətta ona qarşı "vətənə xəyanət" maddəsi ilə iş açıla bilər.
Krasnodar şəhərində Ukrayna istiqamətində hərəkət etdiyi bildirilən daha onlarla Rusiya tankının görüntüləri yayılıb. Kadrlara əsasən, modernizə edilmiş T-72B tanklarını daşıyan dəmiryol eşelonu Krasnodar vağzalını tərk edir. Bu tanklar “Javelin” tank əleyhinə raketlərinə və zərbə dronlarına qarşı mühafizə sistemi ilə təchiz edilib. Həmin mühafizə sistemi tankın qülləsinin üzərində yığılmış metal konstruksiyadan və qülləni tank əleyhinə raketdən qorumaq üçün nəzərdə tutulan metal tordan ibarətdir.
Belə primitiv mühafizə sistemini Rusiya tanklarında 44 günlük Qarabağ müharibəsindən sonra quraşdırmağa başlayıblar və konstruktorların fikrincə, onlar tankları havadan kamikadze-dronların zərbəsindən və tank əleyhinə raketlərdən qoruya biləcək.
Məlumata görə, tankları daşıyan dəmiryol eşelonu Ukrayna sərhədləri istiqamətində hərəkət edib. Bundan əvvəl xəbər verilmişdi ki, Ukrayna ordusu separatçıların təmas xəttinə doğru hərbi texnika cəmləşdirməsi ilə bağlı ABŞ-dan aldığı “Javelin” raket komplekslərini cəbhəyə göndərib.
***
Yeni əldə edilmiş peyk görüntüləri Rusiyanın Ukrayna sərhədlərinə yenidən hərbi texnika və qoşun hissələri cəmləşdirdiyini təsdiq edir.
Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Maxar Texnologi” şirkətinin kommersiya peykinin çəkdiyi sensasion görüntüləri ABŞ-ın "Politiko" nəşri yayıb. Bildirilir ki, Rusiya 2021-ci ilin yaz aylarında da Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirmişdi.
Yeni təsvirlərdə isə Ukrayna sərhədlərinin bir neçə kilometrliyində, o cümlədən Belarus sərhədləri yaxınlığında yerləşən Yelni şəhəri ətrafında zirehli tank hissələrinin, özüyeriyən artilleriya qurğularının və çoxsaylı digər hərbi texnikanın, o cümlədən avtomobil texnikasının cəmləşdirildiyi görünür. Bildirilir ki, həmin bölmələr, o cümlədən Rusiya ordusunun elit 1-ci qvardiya tank diviziyası sentyabrın sonlarından etibarən Ukrayna sərhədlərinə doğru hərəkət ediblər.
“Jane’s İntelligence” nəşrinin ötən gün, noyabrın 1-də apardığı analiz isə göstərib ki, Rusiya ordusunun 4-cü tank diviziyası da Ukraynanın şimal sərhədlərinin yaxınlığında yerləşən Bryansk və Kursk şəhərləri ətrafında cəmləşdirilib. Diviziya T-80U tankları və özüyeriyən artilleriya kompleksləri ilə təchiz edilib. Bildirilir ki, 1-ci qvardiya tank diviziyasının bəzi hissələri də həmin rayondadır. Nəşrin analizinə əsasən həmin tank ordusu bütün səviyyələrdə döyüş əməliyyatlarının, o cümlədən irimiqyaslı hücumun aparılması üçün nəzərdə tutulub. Bu tank birləşməsi ən yeni texnika ilə təchiz edilib.
"Politiko" qeyd edir ki, Rusiyanın Ukrayna sərhədlərinə yenidən qoşun cəmləşdirməsi bu ölkənin NATO-ya üzvlüyü barədə müzakirələrin aktivləşdiyi vaxta, o cümlədən ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Kiyevə səfəri ərəfəsində təsadüf edir. Həmin səfər zamanı Lloyd Ostin Ukraynanın öz xarici siyasətini müəyyən etmək haqqına malik olduğunu və ABŞ-ın bu ölkəyə hərbi dəstək verəcəyini bəyan edib.
Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinə paralel olaraq Donbassda da gərginlik artıb, separatçıların Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutması intensivləşib. virtualaz.org qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri də bu təxribatlara cavab verir və təmas xəttinə qoşun hissələri cəmləşdirir.
"Vaşinqton Post" (The Washington Post) qəzeti də ötən şənbə günü amerikalı və avropalı rəsmilərə istinadən Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirdiyini yazmışdı. Orada peyk fotolarından söhbət gedirdi, amma həmin fotolar dərc edilməmişdi. Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Anton Semelrot jurnalistlərə açıqlamasında deyib: “Bizə Rusiyanın Ukrayna sərhədləri yaxınlığında qeyri-adi fəallığı barədə məlumatlar daxil olub, amma biz Rusiyanın niyyətinin nədən ibarət olduğunu bilmirik. ABŞ regionda deeskalasiyanı və Ukraynanın şərqindəki münaqişənin diplomatik yolla nizamlanmasını dəstəkləyir. Artıq bəyan etdiyimiz kimi, bizim Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz sarsılmazdır”.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə ötən gün bildirib ki, Bayden administrasiyası Ukrayna ətrafındakı situasiyanı diqqətlə izləyir.
Xatırladaq ki, bundan əvvəl bəzi Rusiya nəşrləri də Ukrayna sərhədlərinə zirehli texnika eşalonlarının, habelə “İsgəndər-M” operativ-taktiki raket komplekslərini cəmləşdirdiyi barədə məlumatlar, görüntülər yaymışdı.
2021.11.01. 23:41
Qatı duman səbəbindən Moskvada təxirə salınan aviareyslərin sayı 200-ü keçib.
Axar.az RİA-ya istinadla xəbər verir ki, “Vnukovo” aeroportunda 64 reys təxirə salınıb, 5 reys ləğv edilib, “Domodedovo”da 60 reys gecikir, 14 reys ləğv edilib, “Şeremetyevo”da 51 reys gecikir, 15 reys isə ləğv edilib.
30-dan çox reysin ehtiyat aerodromlara göndərildiyi bildirilib.
Bolqarıstanda son sutka ərzində 310 nəfər koronavirusdan ölüb.
Ermənistanda ötən sutka ərzində daha 1232 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 62 nəfər ölüb.
Böyük Britaniyanın Baş naziri Boris Consonun ulu nənəsi Çərkəz soyqırımı zamanı türk tacirinə kölə olaraq satılıb.
Gözəl dağları, buzlaqları və çayları ilə tanınan Qafqaz artıq buzlaqlarının 40 faizini itirib. Təkcə son iki onillikdə Şərqi Gürcüstanda itkilərin sayı 20-ci əsrin sonunda edilən təxminləri üstələyib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib.
Qlobal təbii fəlakətlərin qarşısını almaq üçün bütün ölkələrin mümkün olan ən effektiv şəkildə mübarizə aparmalı olduğunu deyən Qaribaşvili BMT Baş katibinin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Şuraya təqdim etdiyi son hesabatı tam şəkildə dəstəklədiklərini qeyd edib.
Qaribaşvili konfransın nəticələrinin bütün dünya üçün kritik əhəmiyyət daşıdığını söyləyib.