Ermənistan Milli Təhlükəsizlik Xidmətinin büdcəsinin gələn il üçün artırılması demarkasiya, delimitasiya və dəhlizin təqdim olunması prosesləriylə bağlıdır.
Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.
“Təbii ki, bizim yeni sərhədimiz, dövlət sərhədinin qorunması üçün yeni sərhədçilərimiz, yeni qurğularımız olacaq. Bütün bunlar MTX-nın sərhəd qoşunlarının ehtiyaclarının ödənməsi üçün əlavə maliyyələşmə tələb edir. İstisna etmirəm ki, əgər rusiyalı sərhədçilər yaradılacaq yol və ya dəhlizi mühafizə etsələr, onlar da həmçinin hansısa maliyyələşmə təqdim ediləcək. Bu, bizim məğlubiyyətə görə ödədiyimiz növbəti qiymətdir”.
Qeyd edək ki, Ermənistan dünən Milli Təhlükəsizlik Xidməti üçün maliyyələşməni 22% artırmışdı.