İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın COVİD-19 testinin nəticəsi müsbət olub.
Axar.az xəbər verir ki, məlumatı İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə təsdiqləyib və nazirin iş proqramında dəyişikliklər edildiyini bildirib.
Hazırda Abdullahian həkim nəzarətində karantin rejimində gündəlik fəaliyyətini davam etdirir.