İran xarici işlər nazirinin müavini Əli Bağeri Kani Rusiyalı rəsmilərlə görüşmək üçün Moskvaya səfər edib.
Rusiya Prezidenti Vladimir Putin səhiyyə naziri Mixail Muraşkoya və onun müavinlərinə tibbi yardım göstərilməsi üçün koronavirusla bağlı ən kritik vəziyyətin yarandığı bölgələrə getməyi tapşırıb.
Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov açıqlama verib.
Qeyd edək ki, oktyabrın 26-da Rusiya Baş naziri Mixail Mişustin Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkoya regional hakimiyyət orqanları ilə işləri intensivləşdirməyi tapşırıb.
ABŞ prezidenti Co Bayden cümə axşamı 1,75 trilyon dollarlıq məsrəf planını açıqlayıb.
Vaşinqtonun növbəti aylarda daha 55 rusiyalı diplomat, inzibati və texniki işçinin ABŞ-ı tərk etməsi tələbini nəzərə alsaq, diplomatik cəbhədə vəziyyət daha da pisləşəcək.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Marita Zaxarova çıxış edib.
"Birtərəfli üstünlüklərə nail olmaq ümidi ilə qarşıdurma ssenarisinin həyata keçirilməsində inadkarlıq heç bir yerə aparmır. Bunun ardınca tərəfimizdən operativ və mütənasib, lakin simmetrik olmamaq şərti ilə addım atılacaq", - Zaxarova qeyd edib.
Ədliyyə Nazirliyi istənilən ssenariyə hazırdır, əgər zərrurət yaranarsa, eks-prezident Mixail Saakaşvilini klinikaya yerləşdirmək üçün helikopterdən istifadə ediləcək.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat katibi deyib.
O bildirib ki, hələlik Saakaşvilinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur:
“Hazırda Saakaşvilinin həyat parametrləri normadadır və müalicəsinə davam edir”.
Qeyd edək ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti dövlət çevrilişinə cəhd haqda məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı şəxslər Saakaşvilinin türmə həbsxanasına və ya digər türməyə köçürülməsinə qarşı aksiyalar keçirmək, yolları bağlamaq, beləliklə də ölkədə xaos yaratmaq haqda plan qurublar.
Bu ilin sonuna qədər Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri planlaşdırılır.
Bu barədə Axar.az-a müsahibədə Qırğızıstan Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Kayrat Osmanəliyev bildirib.
Onun sözlərinə görə, səfərin 2021-ci ilin dekabr ayının ortalarında baş tutacağı gözlənilir:
“Dünən Azərbaycan Prezidenti İlham Əliyev etimadnaməmi qəbul etdi. Hörmətli İlham Əliyevlə söhbətimiz zamanı ikitərəfli münasibətlərimizin inkişafı üçün böyük potensialın olduğu bir daha vurğulandı. Xüsusilə iqtisadiyyat sahəsində".
Yəməndə Husi qruplaşması ölkənin şərqindəki Marib şəhərinə raket zərbələri endirib.
2021-ci ilin sentyabrında Azərbaycandan Türkiyəyə 56 823 nəfər səfər edib ki, bu da 2020-ci ilin sentyabrı ilə müqayisədə 14 dəfə çoxdur.
İran parlamenti tezliklə qadınlara futbol stadionlarına gəlmək icazəsinin verilib-verilməməsi məsələsinə baxmalıdır.
İnsanın öz həyatına son qoymaq haqqı var.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin aclıq aksiyasınını şərh edərkən deyib.
“Qanunda yazılıb ki, insanın intihar haqqı var. Əgər özünü öldürmək qərarı versə, o özünü öldürə bilər, əlbəttə ki, dövlət buna görə məsuliyyəti üzərinə götürməyəcək”, – deyə o bildirib.