Yəməndə Husi qruplaşması ölkənin şərqindəki Marib şəhərinə raket zərbələri endirib.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, husilər Əl-Amud bölgəsində tanınmış qəbilə başçılarından biri Əbdüllətif əl-Kabelinin evi də daxil olmaqla, 5 evi raketlərlə vurublar.
Hücum nəticəsində 12 nəfər ölüb, 20 nəfər yaralanıb.