Ədliyyə Nazirliyi istənilən ssenariyə hazırdır, əgər zərrurət yaranarsa, eks-prezident Mixail Saakaşvilini klinikaya yerləşdirmək üçün helikopterdən istifadə ediləcək.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat katibi deyib.
O bildirib ki, hələlik Saakaşvilinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur:
“Hazırda Saakaşvilinin həyat parametrləri normadadır və müalicəsinə davam edir”.
Qeyd edək ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti dövlət çevrilişinə cəhd haqda məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı şəxslər Saakaşvilinin türmə həbsxanasına və ya digər türməyə köçürülməsinə qarşı aksiyalar keçirmək, yolları bağlamaq, beləliklə də ölkədə xaos yaratmaq haqda plan qurublar.