İran parlamenti tezliklə qadınlara futbol stadionlarına gəlmək icazəsinin verilib-verilməməsi məsələsinə baxmalıdır.

 

Milli.Az xəbər verir ki, son illərdə belə bir icazənin verilməsi üçün dünya futbol təşkilatı - FIFA Tehrana təzyiq göstərir.

İranda qadınların futbol matçlarına stadionlarda tamaşa etməsinə qadağa 40 il bundan əvvəl, 1979-cu ilin İslam İnqilabından sonra qoyulub.

Bu barədə məlumatı yerli mediaya oktyabrın 28-də İran Futbol Federasiyasının baş direktoru Həsən Kamranifər verib:

"Əgər qərar qəbul olunsa, qadınlara çox tezliklə stadionlara gəlmək icazəsi veriləcək".

İranın qatı mühafizəkar dini rəhbərliyi qadınların futbol matçlarına stadionlarda kişilərlə birgə tamaşa etməsinin əleyhinədir.

İran 2019-cu ildə yenə də FIFA-nın təzyiqi altında 4 min qadının Tehranın Azadi stadionunda İran və Kamboca milliləri arasında Dünya Kubokunun seçmə matçına tamaşa etməsinə icazə vermişdi.

Lakin sonradan koronavirus pandemiyası bu sahədə atılan addımları yarımçıq qoyub.

Koronavirus məhdudiyyətlərinə görə İranda futbol matçları tamaşaçısız stadionlarda keçirilir.

Əgər belə olmasaydı oktyabrın əvvəllərində İran və Cənubi Koreya yığmaları arasında Dünya Kubokunun seçmə matçına qadınların da gəlməsinə icazə verilə bilərdi.

Lakin bu matç da tamaşaçılar olmadan keçirildi.

Xəbər verilir ki, İranda azarkeşlərin yenidən stadionlara buraxılacağı təqdirdə, İran Futbol Federasiyası qadınların da ən azı Dünya Kuboku seçmə oyunlarına tamaşa etmək üçün stadionlara gəlməsinə icazə verməlidir.

Əks təqdirdə təşkilat FIFA-nın sanksiyaları ilə üzləşə bilər.

25 Noyabr 2024 Çiy süddə quş qripi aşkarlandı
25 Noyabr 2024 Hindistan Ermənistana reaktiv atəş sistemləri göndərdi
25 Noyabr 2024 Tramp transgenderləri ABŞ ordusundan qovacaq
25 Noyabr 2024 Türkiyə və Rusiya arasında problem...
25 Noyabr 2024 Türkiyədə mədəndə torpaq sürüşməsi: ölənlər var
25 Noyabr 2024 İsrail ordusu HƏMAS-ın batalyon komandirini məhv etdi
25 Noyabr 2024 Türkiyədə məsciddə qətl: İmam bıçaqlanaraq öldürüldü
25 Noyabr 2024 Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçildi
25 Noyabr 2024 Netanyahu həbs yox, edam edilməlidir - Xamenei
25 Noyabr 2024 Türkiyədə təyyarə yanğını: Rus diplomatlar gəldi
25 Noyabr 2024 Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
25 Noyabr 2024 Almaniya hazır olsun, Putin müharibəyə başlayır - Şleqel
22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi