ABŞ və Qərb ölkələri Əfqanıstana münasibətdə sanksiyaları ləğv etməlidir.

Axar.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi Qətərdə Taliban nümayəndəsi ilə görüşü zamanı deyib.

“Bütün tərəflər Talibanla düşüncəli və praqmatik şəkildə əlaqə qurmalıdır”, - Yi bildirib.

O, Çinin əfqan xalqına humanitar yardımı davam etdirəcəyini söyləyib.

Türkiyə Hava Yolları Sudanın paytaxtı Xartuma uçuşları ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Hava Yolları mətbuat xidməti məlumat yayıb.

"Sudanda baş verən hadisələr səbəbindən İstanbul-Xartum-İstanbul uçuşları bu gün mümkün olmayacaq", - məlumatda bildirilir.

Qeyd edək ki, Sudanda baş nazirin həbsindən sonra qarşıdurmalar yaşanır.