Türkiyə Hava Yolları Sudanın paytaxtı Xartuma uçuşları ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Hava Yolları mətbuat xidməti məlumat yayıb.
"Sudanda baş verən hadisələr səbəbindən İstanbul-Xartum-İstanbul uçuşları bu gün mümkün olmayacaq", - məlumatda bildirilir.
Qeyd edək ki, Sudanda baş nazirin həbsindən sonra qarşıdurmalar yaşanır.