İŞİD-in Əfqanıstan qolu 6 ay ərzində ABŞ-a hücum etmək qabiliyyətinə çata bilər.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Kolin Kahl deyib.

O bildirib ki, Taliban İŞİD-ə qarşı mübarizəyə maraq göstərir:

“Bizim dəyərləndirməmizə görə, Taliban və İŞİD-Xorasan qatı düşməndirlər. Talibanın İŞİD-i təqib etməsi potensialı yüksəkdir. Məncə, burada iradə ilə bağlı problem yoxdur. Sadəcə mübarizəyə gücləri çatacaqmı, ya yox?! Bunu görəcəyik”.

  • Facebook 
  •  
  •  
  •  

Koronavirus pandemiyasına qarşı mübarizədə nəzərə alınmamış məqamları analiz etmək və yeni epidemioloji çağırışlara hazır olmaq lazımdır.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş özünün Tvitter səhifəsində yazıb.

“Hazırda dünyada pandemiya ilə mübarizədə buraxılan səhvlərin təkrarlanmasının qarşısını ala biləcək müasir və müvafiq şəkildə maliyyələşən hazırlıq sisteminə ehtiyacımız var”, - deyə Quterreş bildirib.