Ermənistanda daha 1 263 nəfərdə koronavirus aşkarlanıb.
Milli.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 298 069-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 57 nəfər artaraq 6 112-ə çatıb.