İŞİD-in Əfqanıstan qolu 6 ay ərzində ABŞ-a hücum etmək qabiliyyətinə çata bilər.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Kolin Kahl deyib.
O bildirib ki, Taliban İŞİD-ə qarşı mübarizəyə maraq göstərir:
“Bizim dəyərləndirməmizə görə, Taliban və İŞİD-Xorasan qatı düşməndirlər. Talibanın İŞİD-i təqib etməsi potensialı yüksəkdir. Məncə, burada iradə ilə bağlı problem yoxdur. Sadəcə mübarizəyə gücləri çatacaqmı, ya yox?! Bunu görəcəyik”.