Beynəlxalq insan haqları hüququnu və humanitar hüququ pozanlardan dərs almayacağıq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu deyib.

Qeyd edək ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Türkiyəni Suriyada insan haqları qanunlarına əməl etməyə çağırıb.

Füzuli hava limanında 12 Türkiyə şirkəti azərbaycanlı qardaşları ilə birgə çalışaraq 8 ay müddətində müddətində işləri tamamladı. Hazırda daha iki hava limanı tikilir. Onların tez bir zamanda, 1 il ərzində başa çatdırılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu uğurlu işlərlə yanaşı minatəmizləmə işləri də davam etdirilir. Hazırda minalardan təmizlənmiş torpaqlarda həm Azərbaycan, həm də Türkiyə üçün əkinçilik və heyvandarlıq başlayıb. Onlar bizə bildirdilər ki, burada heyvandarlıq baxımından iş aparmaq üçün ən azı 5-10 min Anqus növü heyvan gətiriləcək və xüsusilə Azərbaycanın ət idxalını minimuma endirəcəklər. Bu onu göstərir ki, indiki məqamda əkinçilik və heyvandarlıqda çox ciddi sıçrayış olacaq. Eləcə də Türkiyə-Azərbaycan əməkdaşlığı ilə infrastruktur və üst quruluşda çox ciddi addım atılıb”, - deyə Ərdoğan bildirib.

BMT Baş katibi Antonio Quterreş iqlim dəyişikliyinə müqavimət üçün inkişafda olan ölkələrə 100 milyard dollar ayırmağı təklif edib.

Axar.az xəbər verir ki, bunu Quterreş jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, kömür elektrik stansiyalarından 2040-cı ildən gec olmayaraq, tam imtina etmək lazımdır.

O, həmçinin atmosferi çirkləndirən sənayelər üçün subsidiyaları dayandırmağın gərəkli olduğunu bildirib.

“Qazprom” şirkəti Moldovaya Avropa Birliyi ilə azad ticarət haqqında razılaşmanı korrektə etməyi və Brüssellə razılaşdırılan enerji bazarındakı reformları təxirə salmağı təklif edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Faynənşl Tayms” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, “Qazprom” bunların qarşılığında Moldovaya qazı daha ucuz satmağı vəd edib:

“Rusiya Moldovadan AB qaydalarının icrasının təxirə salınmasını istəyir. Bu qaydalara əsasən, qaz bazarları və rəqabətin gücləndirilməsinin liberallaşdırılması tələb edilib. Kreml qaz danışıqlarına Maya Sandunun prezident olmasından sonra Moldova ilə daha geniş siyasi nizamlanmanın bir hissəsi kimi baxır”.

Qeyd edək ki, Moskva ilə Moldova arasında qaz böhranı yaşanır. Rusiya Moldova ilə yeni müqavilə imzalamayacağı təqdirdə “Qazprom”un 1 dekabrdan tədarükü dayandıracağı bildirilib. Şirkət Kişinyova qazı bazar qiymətindən 25% ucuz təklif edir, amma bu endirim üçün yeganə şərt olaraq 700 milyonluq borcunun ödənilməsini istəyir.

Kişinyov bu borcun real olmadığını bildirərək, qəbul etmir. Əvəzində Moldova Polşa ilə 1 milyon kub metr həcmində qazın tədarükü ilə bağlı müqavilə imzalayıb.

İsveç və ABŞ arasında Qotland adasındakı birgə hərbi təlimlər Rusiyanın ünvanına güclü siqnal oldu.

Axar.az xəbər verir ki, bunu İsveç Total Müdafiə İnstitutunun baş tədqiqatçısı Mikayıl Yonsson deyib. Onun sözlərinə görə, manevrlər zamanı M142 Himars səyyar atəş sistemlərindən istifadə edilib ki, onun atəş zonasına Rusiyadakı bəzi hədəflər də daxildir:

“Bu dəqiq və aydın siqnaldır. O, Qotland adasına qarşı potensial təhdidlərin qarşısını almağa yönəlib. İsveç üçün yeganə təhdid Rusiyadır”.

Talibanın qurduğu müvəqqəti hökumətin Əfqanıstanı yenidən inşa etmək səylərinə dəstək verəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Çin xarici işlər naziri Vanq Yi deyib.

O bildirib ki, rəsmi Pekin Əfqanıstanda sabitliyin bərpa olunmasına töhfə verməyə hazırdır:

“Beynəlxalq ictimaiyyət Talibanla rasional və praqmatik tərzdə əlaqə qurmalıdır. ABŞ da həmçinin sanksiyaları ləğv etməlidir”.

Çinli nazir eyni zamanda Talibandan Şərqi Türküstan İslami Hərəkat və digər radikal qruplaşmaların Çinin təhlükəsizliyinə təhdid yaratmasının qarşısını almasını xahiş edib.

Çin bayrağı aıtında üzən "Honq fa Şanq Hai" gəmisi Gürcüstanın ərazi sularında gəmiçilik qaydalarını pozma səbəbindən saxlanılıb.

Axar.az xəbər verir ki, qayda pozuntusuna görə gəminin kapitanı cərimələnib.

Cərimənin məbləği təqribən 16 min dollar (50 min lari) təşkil edib. Göstərilən məbləği ödəyəndən sonra gəmi marşrutuna davam edib.