İsveç və ABŞ arasında Qotland adasındakı birgə hərbi təlimlər Rusiyanın ünvanına güclü siqnal oldu.
Axar.az xəbər verir ki, bunu İsveç Total Müdafiə İnstitutunun baş tədqiqatçısı Mikayıl Yonsson deyib. Onun sözlərinə görə, manevrlər zamanı M142 Himars səyyar atəş sistemlərindən istifadə edilib ki, onun atəş zonasına Rusiyadakı bəzi hədəflər də daxildir:
“Bu dəqiq və aydın siqnaldır. O, Qotland adasına qarşı potensial təhdidlərin qarşısını almağa yönəlib. İsveç üçün yeganə təhdid Rusiyadır”.