BMT Baş katibi Antonio Quterreş iqlim dəyişikliyinə müqavimət üçün inkişafda olan ölkələrə 100 milyard dollar ayırmağı təklif edib.
Axar.az xəbər verir ki, bunu Quterreş jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, kömür elektrik stansiyalarından 2040-cı ildən gec olmayaraq, tam imtina etmək lazımdır.
O, həmçinin atmosferi çirkləndirən sənayelər üçün subsidiyaları dayandırmağın gərəkli olduğunu bildirib.