İrəvanın hazırkı rəhbərliyi yalnız Qərbə istiqamətlənib.
Onlar Rusiyadan üz döndərdilər ki, Qərb Azərbaycanla hərbi münaqişədə onlara dəstək olsun. Amma gedişat tam fərqli ssenari ilə irəllilədi. Qərb ermənilərin arxasında durmadı.
Axar.az xəbər verir ki, bu fikirlərlə siyasi elmlər namizədi, Avropa Geosiyasi Təhlil Mərkəzinin üzvü, polşalı politoloq Mateus Piskorski çıxış edib.
Onun sözlərinə görə, İrəvan Qərbə güvənərək istənilən kompromisdən qətiyyətlə imtina edirdi:
“Ermənistanın bu cür vəziyyətdə olmasına səbəb boş ümüdlərə qapanıb konstruktiv danışıqlardan qaçması oldu. İrəvan Qərbin köməyinə ümid bəslədi və tam iflasa uğratdı”.